Azərbaycanla Gürcüstan arasında ali təhsil sahəsində əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Gürcüstan arasında ali təhsil sahəsində əməkdaşlıq müzakirə olunub Gürcüstanda rəsmi səfərdə olan təhsil naziri Emin Əmrullayev İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinə (TDU) baş çəkib.
Region
21 Fevral , 2022 10:34
Azərbaycanla Gürcüstan arasında ali təhsil sahəsində əməkdaşlıq müzakirə olunub

Gürcüstanda rəsmi səfərdə olan təhsil naziri Emin Əmrullayev İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinə (TDU) baş çəkib.

“Report”un yerli bürosu xəbər verir ki, o, ali məktəbin rektoru Giorgi Şarvaşidze ilə görüşüb.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev də iştirak edib.

Tərəflər Azərbaycan və Gürcüstan arasında ali təhsil sahəsində əməkdaşlıq və universitetlərarası əlaqələrin dərinləşdirilməsi məsələlərini müzakirə ediblər.

TDU rektoru nazirə 104 yaşlı ali məktəbin fəaliyyəti və tədris proqramları haqqında ətraflı məlumat təqdim edib. G.Şarvaşidze Azərbaycanın ali məktəbləri ilə əməkdaşlığın gücləndirilməsinə hazırlıq ifadə edib.

Təhsil naziri daha sonra TDU-da təhsil alan bir qrup azərbaycanlı tələbə ilə görüşüb.

Son xəbərlər

Orphus sistemi