Azərbaycanda arzuolunmaz şəxs elan edilən rusiyalı jurnalist Gürcüstana buraxılmayıb

Azərbaycanda arzuolunmaz şəxs elan edilən rusiyalı jurnalist Gürcüstana buraxılmayıb Rusiyalı jurnalist, “Novoya Qazeta” nəşrinin müxbiri İlya Azar Gürcüstana buraxılmayıb.
Region
217
23 İyul , 2021 20:16
Azərbaycanda arzuolunmaz şəxs elan edilən rusiyalı jurnalist Gürcüstana buraxılmayıb
İlya Azar

Rusiyalı jurnalist, “Novoya Qazeta” nəşrinin müxbiri İlya Azar Gürcüstana buraxılmayıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə o, özünün feysbuk səhifəsində məlumat yayıb.

İ.Azar bildirib ki, ölkəyə daxil olmağa qadağanın hansı səbəbdən qoyulduğu ona izah edilməyib. Lakin onun paylaşdığı müvafiq sənəddə “Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş digər tələblərə cavab vermir” bəndi işarələnib.

Qeyd edək ki, rusiyalı jurnalist 2011-ci ildə Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfərlərə görə ölkədə “persona non grata” elan edilib. Ötən ilin oktyabrında Ermənistanın Xarici İşlər Nazirliyi İ.Azarın akkreditasiyanı ləğv edib. Buna səbəb onun Qarabağda döyüşən əslən erməni olan Fransa vətəndaşından aldığı müsahibə olub.

Son xəbərlər

Orphus sistemi