Avropa Komissiyasının Prezidenti: "Referendum" nəyisə dəyişməyəcək"

Avropa Komissiyasının Prezidenti: "Referendum" nəyisə dəyişməyəcək" “Rusiya Prezidenti Vladimir Putinin elan etdiyi qeyri-qanuni ilhaq nəyisə dəyişməyəcək”.
Region
30 Sentyabr , 2022 17:51
Avropa Komissiyasının Prezidenti: Referendum nəyisə dəyişməyəcək
Ursula fon der Leyen

“Rusiya Prezidenti Vladimir Putinin elan etdiyi qeyri-qanuni ilhaq nəyisə dəyişməyəcək”.

“Report” xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen tviterdə yazıb.

O bildirib ki, Rusiyanın zəbt etdiyi bütün ərazilər Ukrayna torpaqlarıdır.

“Bu, həmişə belə olacaq”, - Ursula fon der Lyayen vurğulayıb.

Qeyd edək ki, sentyabrın 23-27-də Ukraynanın Rusiya işğalı altında olan Donetsk, Luqansk və Zaporojye vilayətlərində “referendum” keçirilib. Vətəndaşlar Rusiyanın tərkibinə daxil olmağa razı olub-olmadıqları barədə suala cavab veriblər. Elan olunan nəticələrə görə “referendum”da iştirak edənlərin böyük əksəriyyəti həmin vilayətlərin Rusiyaya birləşdirilməsini dəstəkləyib.

Rəsmi Kiyev, beynəlxalq təşkilatlar və dünyanın heç bir ölkəsi “referendum”ların nəticəsini tanımayıb.

Sentyabrın 30-da Rusiya Prezidenti Vladimir Putin Zaporojye və Xerson vilayətlərinin "suverenliyi"nin və "müstəqilliyi"nin tanınması haqqında fərman imzalayıb.

Bu gün Ukraynanın dörd separatçı bölgəsinin Rusiyaya birləşdirilməsi barədə sazişlər imzalanıb. Mərasim Moskvada Böyük Kreml sarayının Georgiyevsk zalında keçirilib.

Sazişləri Rusiya Prezidenti Vladimir Putin, separatçı “Donetsk Xalq Respublikası”nın, “Luqansk Xalq Respublikası”nın, Xerson və Zaporojye vilayətlərinn rəhbərləri imzalayıblar.

Son xəbərlər

Orphus sistemi