Araxamiya: "Ukraynada yeni səfərbərlik demobilizasiya olmadan baş tutmayacaq"

Araxamiya: "Ukraynada yeni səfərbərlik demobilizasiya olmadan baş tutmayacaq" "Yeni səfərbərliklə bağlı maliyyə vəsaitini daxili mənbələr hesabına axtaracağıq. Başa düşürük ki, xarici maliyyələşdirmə ilə bağlı vəziyyət kifayət qədər mürəkkəbdir".
Region
10 Fevral , 2024 12:16
Araxamiya: Ukraynada yeni səfərbərlik demobilizasiya olmadan baş tutmayacaq

"Yeni səfərbərliklə bağlı maliyyə vəsaitini daxili mənbələr hesabına axtaracağıq. Başa düşürük ki, xarici maliyyələşdirmə ilə bağlı vəziyyət kifayət qədər mürəkkəbdir".

Bunu "Report"un Şərqi Avropa bürosuna müsahibəsində Ukrayna hakim "Xalqın xidmətçisi" partiyasının fraksiya rəhbəri David Araxamiya bildirib.

"Doğrudur, bu yaxınlarda Avropa İttifaqı (Aİ) 4 il üçün 50 milyard avroluq proqram qəbul edib. Yəni bizim gələcək 4 il üçün maliyyə vəsaiti ilə bağlı müəyyən anlayışımız var. Ötən həftə ABŞ-də səfərdə idim. Orada da prinsipcə hər kəsin Ukraynanı dəstəklədiyinin şahidi oldum. Sadəcə olaraq, daxili siyasətdə hələ də sərhədlə bağlı məsələlər qalır. Hesab edirəm ki, gec-tez onlar bizim məsələ ilə sərhəd məsələsini ayıracaq və İsrail, Ukrayna, Tayvana yardımın ayrılmasının lehinə səs verəcəklər. Yaxud sərhəd məsələsinə dair kompromis tapıb həmin yolla maliyyə vəsaiti ayıracaqlar. Bu, yaxın iki ay ərzində davam edəcək prosesdir. Bu iki ay üçün resurslarımız var və özümüzü bu mənada tamamilə təhlükəsiz hiss edirik. Səfərbərliyin yeni dalğalarının necə maliyyələşdirməsinə gəlincə, səfərbərlik demobilizasiya olmadan baş tutmayacaq. Yəni bəzi hərbçilər tərxis olunacaq", - D. Araxamiya vurğulayıb.

Fraksiya rəhbəri qeyd edib ki, səfərbərliyə cəlb edilmiş şəxslərin təchiz edilməsi və öyrədilməsi ilə bağlı əlavə xərclər olacaq.

"Bu məsələdə bizim müttəfiqlərimiz var. Biz əks-hücuma hazırlaşanda 200 mindən çox təlim keçmiş hərbçimiz var idi.

Onların bəziləri xaricdə, məsələn, Rumıniya, Fransa, İtaliya, İspaniya və s. ölkələrdə təlimlər keçmişdilər. Yəni bizim bununla bağlı müqavilələrimiz var. Təlimlər həmin ölkələrin hesabına həyata keçirilib.

Bir sözlə, bu məsələyə dair böyük böhranın olduğunu düşünmürəm. Bununla bağlı suallar var, amma onların əksəriyyəti işgüzar suallardır", - o əlavə edib.

Son xəbərlər

Orphus sistemi