Ankara İsrailin Türkiyə diplomatlarına qarşı təhdidlərini pisləyib
Region
- 02 avqust, 2024
- 13:42
İsraildəki Türkiyə diplomatlarına qarşı təhdidlərlə Qəzzada sülhə nail olmaq mümkün deyil.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Öncü Kecəli “X” hesabında ölkənin Təl-Əvivdəki səfirinin müavininin İsrail XİN-ə çağırılmasını şərh edərkən bildirib.
Xatırladaq ki, HƏMAS Siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsi ilə əlaqədar Türkiyənin Təl-Əvivdəki səfirliyinin binası üzərindəki dövlət bayrağı yarıya kimi endirilib. Buna cavab olaraq Türkiyə səfirinin müavini İsrail XİN-ə çağırıb.
"Danışıqçıları öldürməklə və diplomatları hədələməklə sülhə nail olmaq mümkün deyil", - o qeyd edib.
Haniyənin qətli ilə əlaqədar Türkiyədə avqustun 2-də birgünlük matəm elan olunub.
Son xəbərlər
12:55
Region Liqasında çıxış edən iki komanda texniki məğlubiyyət alıb
Futbol12:55
Alen Simonyan: Yaxın vaxtlarda Azərbaycan-Ermənistan sərhədinin daha bir hissəsi demarkasiya ediləcək
Region12:48
Azərbaycan–Slovakiya strateji əməkdaşlığı Avropanın enerji xəritəsini gücləndirən mühüm elementə çevrilir - RƏY
Xarici siyasət12:47
Foto
İlham Əliyev Böyük Britaniyanın Azərbaycan üzrə ticarət elçisini qəbul edib
Xarici siyasət12:44
Azərbaycanın U-19 millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib
Futbol12:44
ABB bu dəfə səhiyyə sektorunu araşdırıb
Maliyyə12:42
Nazir müavini: "Distant iş"in görüləcəyi yer əvvəlcədən müəyyən olunacaq
Milli Məclis12:39
Narkotik vasitənin təsiri altında olan sürücü və qadın sərnişinlər saxlanılıb
Hadisə12:39
Foto