AMEA prezidenti: Türk dünyasının elektron əlyazmalar fondu yaradılmalıdır

AMEA prezidenti: Türk dünyasının elektron əlyazmalar fondu yaradılmalıdır Türk dünyasının elektron əlyazmalar fondu yaradılmalıdır, bu, bizə ortaq tariximizi, ədəbiyyatımızı öyrənməyə və təbliğ etməyə töhfə verə bilər.
Region
14 Mart , 2024 11:47
AMEA prezidenti: Türk dünyasının elektron əlyazmalar fondu yaradılmalıdır

Türk dünyasının elektron əlyazmalar fondu yaradılmalıdır. Bu, ortaq tariximizi, ədəbiyyatımızı öyrənməyə və təbliğ etməyə töhfə verə bilər.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli Bakıda “Türk dünyasının tarixi və mədəni irsinin öyrənilməsi və qorunub saxlanması – UNESCO nöqteyi-nəzərindən” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

"Füzulinin, Nizaminin və bir çox klassiklərimizin yubileylərinin bütün türkdilli dövlətlərdə keçirilməsi ortaq türk inteqrasiyasının genişlənməsinə töhfə verər", - deyə o vurğulayıb.

AMEA prezidenti əlavə edib ki, bu il Mahmut Kaşğarinin “Divani lüğət-it-türk” kitabı çap edilib: "Bu əsərin tərcüməsi və çapı AMEA-nın Azərbaycan ədəbiyyatına töhfəsi hesab oluna bilər".

Son xəbərlər

Orphus sistemi