Almaniyanın müdafiə naziri "İncirlik" hərbi bazasını ziyarət edəcək
Region
- 29 iyun, 2016
- 17:00
Bakı. 29 iyun. REPORT.AZ/ Almaniyanın müdafiə naziri Ursula fon der Lyayen iyunun 31-də Türkiyəyə səfər edəcək.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumata görə, səfərdə məqsəd "İncirlik" hərbi bazasını ziyarət etməkdir.
"Mən cümə günü "İncirlik" hərbi bazasına gedəcəyəm", - deyə Ursula fon der Lyayen vurğulayıb.
Agentliyin məlumatında həmçinin qeyd olunub ki, Almaniya və Türkiyə müdafiə nazirləri arasında telefon danışığı olub. Ursula fon der Lyayen Fikri Işıka İstanbul şəhərinin Atatürk adına Beynəlxalq Hava Limanında törədilmiş terror aktları ilə əlaqədar başsağlığı verib və Almaniyanın terrorizmlə mübarizədə Türkiyənin yanında olduğunu bildirib.
Son xəbərlər
03:11
Türkiyədə qar uçqunu nəticəsində bir nəfər ölüb
Region02:46
Britaniya Norveçdəki hərbi mövcudluğunu iki dəfə artıracaq
Digər ölkələr02:04
Miçiqanda 100-dən çox avtomobil toqquşub, xəsarət alanlar var
Digər ölkələr01:43
Yerdə güclü geomaqnit qasırğası başlayıb
Elm və təhsil01:17
Əraqçi Davosdakı çıxışının ləğv edilməsinə münasibət bildirib
Region01:09
Dubaydan Kazana uçan təyyarə Bakıya məcburi eniş edib
İnfrastruktur00:51
KİV: İsrail "Rəfah" keçid məntəqəsini açmamaq barədə qərar qəbul edib
Digər ölkələr00:39
Əl Şaraa Trampla Suriyadakı vəziyyəti müzakirə edib
Digər ölkələr00:24