Almaniya Ukraynaya 88 “Leopard1” tankı göndərəcək

Almaniya Ukraynaya 88 “Leopard1” tankı göndərəcək Almaniya Ukraynaya 88 “Leopard1” tankı göndərəcək, daha bir neçə “Gepard”ın verilməsi istiqamətində işlər görülür.
Region
3 Fevral , 2023 15:47
Almaniya Ukraynaya 88 “Leopard1” tankı göndərəcək

Almaniya Ukraynaya 88 “Leopard1” tankı göndərəcək, daha bir neçə “Gepard”ın verilməsi istiqamətində işlər görülür.

“Report” BBC-yə istinadən xəbər verir ki, Almaniya hökuməti bununla bağlı qərarı təsdiqləyib.

Bildirilib ki, “Leopard2” “Leopar1”in daha müasir modelidir. Ukrayna bu modeli təmir edildikdən sonra təhvil alacaq. Bu döyüş maşınını əldə etmək üçün rəsmi Kiyev Almaniyanın silah istehsalçısı “Rheinmetall”a 100 milyon avro verəcək.

Bundan başqa, sonuncu futbol üzrə dünya çempionatında təhlükəsizliyi təmin etmək məqsədilə Qətərə verilən 15 “Gepard”ın da Ukraynaya veriləcəyi gözlənilir.

Almaniyanın müdafiə naziri Boris Pistorius deyib ki, bu tanklar Ukraynaya mütləq yardım edə bilər.

Qeyd edək ki, rəsmi Berlin ötən həftə Ukraynaya 80 “Leopard2” tankının tədarük edilməsi haqqında qərarı təsdiqləyib.

Son xəbərlər

Orphus sistemi