Aleksandr Duqinin qızı avtomobilinin partlaması nəticəsində ölüb - FOTO

Aleksandr Duqinin qızı avtomobilinin partlaması nəticəsində ölüb - FOTO Rusiyanın Moskva vilayətində “Toyota Land Cruiser Prado” markalı avtomobil partlayıb.
Region
21 Avqust , 2022 02:29
Aleksandr Duqinin qızı avtomobilinin partlaması nəticəsində ölüb - FOTO

Rusiyanın Moskva vilayətində “Toyota Land Cruiser Prado” markalı avtomobil partlayıb.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, avtomobildə Beynəlxalq Avrasiya Hərəkatının sədri, Rusiyanın ictimai-siyasi xadimi və politoloq Aleksandr Duqinin qızı, “United World International”ın baş redaktoru Darya olub.

O, hadisə yerində keçinib. “112” telegram kanalı xəbər verir ki, qəzanın ilkin versiyaları qaz balonunun və ya əldəqayırma partlayıcı qurğunun partlaması olub.

“Mash” kanalı isə bildirib ki, Daryanın olduğu avtomobil yeri vaxtla saat 21:35-də partlayıb, daha sonra yoldan çıxaraq binaya çırpılıb. Hadisə yerinə Aleksandr Duqin də gəlib.

Nəşrin skripkaçı Piter Lundstremə istinadən verdiyi məlumata görə, Aleksandr Duqin qızı ilə getməyi planlaşdırsa da, son anda başqa maşına əyləşib.

Duqinlər fəxri qonaq kimi dəvət olunduğu Zaxarova malikanəsində keçirilən "Ənənə" ailə festivalından qayıdırmışlar.

Son xəbərlər

Orphus sistemi