Aİ-nin ilk ekspert missiyası Ermənistandadır

Aİ-nin ilk ekspert missiyası Ermənistandadır Avropa İttifaqının (Aİ) ilk ekspert missiyası viza liberallaşması məsələsini müzakirə etmək üçün Ermənistana gəlib.
Region
13 fevral 2025 10:43
Aİ-nin ilk ekspert missiyası Ermənistandadır

Avropa İttifaqının (Aİ) ilk ekspert missiyası viza liberallaşması məsələsini müzakirə etmək üçün Ermənistana gəlib.

“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Ekspertlər Ermənistan və Aİ arasında viza rejiminin sadələşdirilməsi üçün mövcud vəziyyəti və tələbləri təhlil etməyə başlayıblar.

Onlar fevralın 14-nə qədər görüşlər keçirəcək və miqrasiya prosesləri, biometrik sənədlər və rəqəmsallaşma da daxil olmaqla əsas aspektləri qiymətləndirəcəklər. İşin nəticələri viza liberallaşması ilə bağlı dialoq çərçivəsində gələcək addımları müəyyən etməyə kömək edəcək.

Son xəbərlər

Orphus sistemi