ABŞ institutu: "Rusiya Vuhleder Elektrik Stansiyasına nəzarəti ələ keçirib"

ABŞ institutu: "Rusiya Vuhleder Elektrik Stansiyasına nəzarəti ələ keçirib" Rusiya qoşunları Luqansk istiqamətində irəliləməkdə əziyyət çəkirlər.
Region
26 İyul , 2022 09:21
ABŞ institutu: Rusiya Vuhleder Elektrik Stansiyasına nəzarəti ələ keçirib

“Rusiya qüvvələri Baxmutun cənubunda kiçik qələbələr əldə ediblər”.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Tədqiqatları İnstitutu məlumat yayıb.

Qeyd olunub ki, lakin Rusiya qoşunları Luqansk istiqamətində irəliləyərkən ciddi məhdudiyyətlər səbəbindən əziyyət çəkirlər.

“Yayılmış görüntülər “Vaqner” özəl hərbi şirkətinin döyüşçülərinin Novoluqanska doğru irəlilədiyini göstərir. Mənbələr Rusiya qüvvələrinin Novoluqanskın şimalında Vuhleder Elektrik Stansiyasına nəzarəti ələ keçirdiyini bildirir”, - institutdan bildirilib.

Son xəbərlər

Orphus sistemi