ABŞ-ın dövlət katibi jurnalist Camal Qaşıqçının məsələsini araşdırmaq üçün Türkiyəyə gəlib - YENİLƏNİB

ABŞ-ın dövlət katibi jurnalist Camal Qaşıqçının məsələsini araşdırmaq üçün Türkiyəyə gəlib - YENİLƏNİB Bakı. 17 oktyabr. REPORT.AZ/ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın dövlət katibi Maykl Pompeo arasında görüş başa çatıb.
Region
17 Oktyabr , 2018 12:03
ABŞ-ın dövlət katibi jurnalist Camal Qaşıqçının məsələsini araşdırmaq üçün Türkiyəyə gəlib - YENİLƏNİB
0 : 00
0 : 00

Bakı. 17 oktyabr. REPORT.AZ/ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın dövlət katibi Maykl Pompeo arasında görüş başa çatıb.

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, Ankaranın Esenboğa hava limanında baş tutan danışıqlar 35 dəqiqə sürüb. 

R.T.Ərdoğanla M.Pompeo Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna daxil olduqdan sonra itkin düşən jurnalist Camal Qaşıqçının məsələsini müzakirə ediblər.

ABŞ-ın dövlət katibi Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə də görüşəcək.

Qeyd edək ki, Türkiyə Prezidenti görüşdən sonra Moldovaya yola düşüb. 


*** 11:26

ABŞ-ın dövlət katibi Maykl Pompeo Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna daxil olduqdan sonra itkin düşən jurnalist Camal Qaşıqçının məsələsini araşdırmaq üçün Türkiyəyə gəlib.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, M.Pompeo Ankaranın Esenboğa hava limanında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Görüş zamanı C.Qaşqçı ilə bağlı məsələ müzakirə olunur. 

Qeyd edək ki, M.Pompeo oktyabrın 16-da Səudiyyə Ərəbistanında səfərdə olub, Ər-Riyadda Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Al Səudla və vəliəhd şahzadə, baş nazirin müavini, müdafiə naziri Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudla görüşüb.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı vətəndaşı, “Vaşinqton post” qəzetinin əməkdaşı Camal Qaşıqçı oktyabrın 2-də Krallığın İstanbuldakı Baş Konsulluğunun binasına daxil olduqdan sonra itkin düşüb.

Son xəbərlər

Orphus sistemi