Abbas Əraqçi: İsrailin hücumları davam etdikcə İran danışıqlar aparmayacaq
Region
- 20 iyun, 2025
- 22:53
İran Böyük Britaniya, Almaniya, Fransa və digər Avropa ölkələri ilə məsləhətləşmələri davam etdirməyə hazırdır, həmçinin yaxın vaxtlarda “Avropa üçlüyü” formatında növbəti görüşün keçirilməsi imkanını nəzərdən keçirir.
“Report” “İRNA”ya istinadən xəbər verir ki, bunu Cenevrədəki danışıqların yekunlarına görə İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi deyib.
“Biz “Avropa üçlüyü” və Avropa İttifaqının digər ölkələri ilə məsləhətləşmələrin davam etdirilməsinin tərəfdarıyıq və həmçinin yaxın vaxtlarda daha bir görüş keçirməyə hazırıq”,-deyə o qeyd edib.
Bununla yanaşı, Əraqçi vurğulayıb ki, İran öz qanuni özünümüdafiə hüququndan istifadə etməyə davam edəcək və İsrailin hücumları davam etdikcə heç bir tərəflə danışıqlar aparmayacaq.
Son xəbərlər
13:08
Ötən il ekoloji hüquqpozmalarla bağlı 3 milyon manatdan çox cərimə tətbiq edilib
Ekologiya13:05
Baş nazir: ABŞ-nin Qrenlandiyanı ələ keçirməsi NATO-nun sonu demək olacaq
Digər ölkələr12:56
Sabah 17 dərəcə isti olacaq - PROQNOZ
Ekologiya12:50
Xırdalanda hündürlükdən yıxılan 42 yaşlı qadın ölüb
Hadisə12:45
Hacı Bayram Vəli Universitetinin dekanı: Türk dövlətlərinin yerləşdiyi bölgə qlobal güclərin mərkəz nöqtəsidir
Xarici siyasət12:43
Rusiyada 4,8 maqnitudalı zəlzələ baş verib
Region12:39
Braziliyalı futbolçu "İnter"ə keçə bilər
Futbol12:37
Sumqayıtda 1200 abonentin qazı kəsiləcək
Energetika12:31