Şəhid Turan Məhərrəmov Zaqatalada dəfn edilib
Daxili siyasət
- 15 sentyabr, 2022
- 14:51
Zaqatalada şəhid Turan Məhərrəmovun dəfn mərasimi keçirilib.
''Report"un şimal-qərb bürosunun məlumatına görə, rayonun Qımır kəndində doğulub boya-başa çatan Azərbaycan ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu, 2001-ci il təvəllüdlü Turan Tural oğlu Məhərrəmov doğulduğu kəndin qəbiristanlığında torpağa tapşırılıb.
Şəhidin dəfn mərasimində rayon rəsmiləri, ictimaiyyət nümayəndələri, hərbçilər iştirak edib. Dəfn mərasimindən öncə şəhidin ruhuna hörmət olaraq yaylım atəşi açılıb, şəhidin ruhuna dualar oxunub.
Qeyd edək ki, 21 yaşlı Turan Məhərrəmov sentyabrın 13-də düşmən təxribatının qarşısını alan zaman qəhrəmancasına şəhid olub. T.Məhərrəmov nişanlı idi, oktyabrın 9-da toyu olacaqdı.
Son xəbərlər
09:52
Foto
"Daşkəsən və Göygöl rayonlarında aqrar inkişafa dəstək" layihəsinin yekun hesabat tədbiri keçirilib
Sənaye09:51
Azərbaycanın basketbol millisi bu gün səfərdə İrlandiya ilə qarşılaşacaq
Komanda09:47
Foto
Efiopiyanın Baş naziri Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib - YENİLƏNİB
Xarici siyasət09:43
Nikol Paşinyan Anna Akopyan ilə münasibətlərinin pozulmasına dair açıqlama verib - YENİLƏNİB
Region09:42
Foto
Masallı Rayon Mərkəzi Xəstəxanasında elektron növbə sistemi istifadəyə verilib
Sağlamlıq09:42
"Azeri Light" 2 %-ə yaxın bahalaşıb
Energetika09:40
Sumqayıtda poladəritmə sexində partlayış olub, üç fəhlə yanıq xəsarəti alıb
Hadisə09:39
Ötən il Suriyadan 18 Azərbaycan vətəndaşı ölkəyə repatriasiya olunub
Daxili siyasət09:37