Yohannes Xan: "Aİ Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə nizamlanmasının tərəfdarıdır"
Qarabağ
- 04 may, 2016
- 15:51
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 4 may. REPORT.AZ/ "Avropa İttifaqı Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə nizamlanmasının tərəfdarıdır".
"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə bu gün Praqada Ermənistan XİN başçısı Edvard Nalbandyanla görüşdə Avropa İttifaqının (Aİ) genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Xan deyib.
Görüşdə müzakirə edilən əsas məsələ Dağlıq Qarabağ zonasındakı vəziyyət olub.
"Qeyd edilib ki, münaqişənin hərbi yolla həlli mövcud deyil. Y.Xan bildirib ki, Avropa İttifaqı ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişənin yalnız sülh yolu ilə nizama salınmasına dair səylərini dəstəkləyir", - deyə Ermənistan XİN-in məlumatında bildirilib.
Son xəbərlər
07:17
Səudiyyə Ərəbistanı sahilləri yaxınlığında tanker hücuma məruz qalıb
Digər ölkələr
06:48
Britaniya yeni döyüş gəmilərinin istehsalını sürətləndirməyi nəzərdən keçirir
Digər ölkələr
06:17
ABŞ İrana mümkün zərbələr üçün İsraildə onlarla yanacaqdolduran təyyarə yerləşdirib
Digər ölkələr
05:44
Rusiya FHN-nin mobil tətbiqi kiberhücuma məruz qalıb
Region
05:08
Çin Afrikaya müasir silahların tədarükünü genişləndirir
Digər ölkələr
04:39
Serbiyada təkrar parlament seçkilərinin yekun nəticələri açıqlanıb
Digər ölkələr
04:13
İsrail Prezidenti partiya liderləri ilə məsləhətləşmələrə başlayacaq
Digər ölkələr
03:42
Ukrayna sakinlərinə nüvə təhlükəsi ilə bağlı bildiriş göndərilib
Digər ölkələr
03:27
Tramp: ABŞ Rusiya və Çinlə bağlı kəşfiyyat məlumatları toplayır
Digər ölkələr