Xankəndi-Laçın yolunda aksiya keçirilən əraziyə yerli rus icmasının nümayəndələri gəliblər

Xankəndi-Laçın yolunda aksiya keçirilən əraziyə yerli rus icmasının nümayəndələri gəliblər Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda aksiya keçirilən əraziyə yerli rus icmasının nümayəndələri gəliblər.
Qarabağ
1 Fevral , 2023 12:45
Xankəndi-Laçın yolunda aksiya keçirilən əraziyə yerli rus icmasının nümayəndələri gəliblər

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda aksiya keçirilən əraziyə yerli rus icmasının nümayəndələri gəliblər.

“Report”un aksiyanı işıqlandıran əməkdaşı xəbər verir ki, hazırda onlar aksiyanın keçirilmə səbəbləri baradə də məlumatlandırılır.

Nümayəndə heyətinin tərkibinə 30-dan çox şəxs daxildir. Onların aksiya yerinə gəlmələrində əsas məqsəd ekofəllara dəstək nümayiş etdirməkdir.

Hazırda etirazçılar ekologiyanı qorumağa çağıran şüarlar səsləndirirlər.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 52 gündür davam edir.

Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Son xəbərlər

Orphus sistemi