Vətən müharibəsinin şəhidi Xaçmazda dəfn edilib - YENİLƏNİB

Vətən müharibəsinin şəhidi Xaçmazda dəfn edilib - YENİLƏNİB Səbuhi Hüseynli Xaçmaz rayonunun Maqsudkənd kəndinin qəbiristanlığında torpağa tapşırılıb
Hərbi
16 Aprel , 2021 12:01
Vətən müharibəsinin şəhidi Xaçmazda dəfn edilib - YENİLƏNİB

Vətən müharibəsi şəhidi Xaçmazda dəfn edilib.

“Report”un Şimal bürosunun xəbərinə görə, Azərbaycan Ordusunun Vətən müharibəsində yaralanıb, 6 ay komada qalandan sonra şəhid olan hərbi qulluqçusu Səbuhi Hüseynli Xaçmaz rayonunun Maqsudkənd kəndinin qəbiristanlığında torpağa tapşırılıb.

09:32

Azərbaycan Ordusunun Vətən müharibəsində yaralanıb, 6 ay komada qalandan sonra şəhid olan hərbi qulluqçusu Səbuhi Hüseynli bu gün dəfn ediləcək.

“Report”un xəbərinə görə, mərhum Xaçmaz rayonunun Maqsudkənd kəndinin qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, S.Hüseynli 1998-ci ildə Xaçmaz rayonunun Maqsudkənd kəndində anadan olub. Oktyabrın 20-də Xocavənd uğrunda gedən döyüşlərdə ağır yaralanıb. O, oktyabrın 30-da beyin əməliyyatı olunub. S.Hüseynli 6 ay koma vəziyyətində qalıb. Vətən müharibəsi qazisi aprelin 15-də şəhidlik zirvəsinə ucalıb.

Onun 1 övladı yadigar qalıb.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi