Vətən müharibəsinin düşmənə sarsıdıcı zərbələr endirən 23 yaşlı qəhrəmanı

Vətən müharibəsinin düşmənə sarsıdıcı zərbələr endirən 23 yaşlı qəhrəmanı Bu gün şəhidimiz Rəvan Məmmədovun doğum günüdür - yaşasaydı, 23 yaşı tamam olacaqdı.
Qarabağ
348
17 Fevral , 2021 21:37
Vətən müharibəsinin düşmənə sarsıdıcı zərbələr endirən 23 yaşlı qəhrəmanı

Bu gün şəhidimiz Rəvan Məmmədovun doğum günüdür - yaşasaydı, 23 yaşı tamam olacaqdı.

"Report"un Muğan bürosunun məlumatına görə, Rəvan İntiqam oğlu Məmmədov 1998-ci il fevralın 17-də Cəlilabad rayonunun Novruzallı kəndində anadan olub.

Hərbçimiz Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb. Bir sıra uğurlu əməliyyatlarda yaxından iştirak edib. Eyni zamanda şəxsi şücaətlər göstərərək hərbçi yoldaşları ilə birlikdə düşmənə sarsıdıcı zərbələr endirib, onun canlı qüvvəsini məhv edib .

Füzuli istiqamətində gedən hərbi əməliyyat Rəvanın son döyüşü olub. O, bu döyüşlərdən birində qəhrəmancasına şəhid olub.

Rəvan Məmmədov Novruzallı kənd qəbiristanlığında torpağa tapşırılıb.

O, Vətən müharibəsində göstərdiyi şücaət və qəhrəmanlıqlara görə Ali Baş Komandan İlham Əliyev tərəfindən “Vətən uğrunda” medalı ilə (ölümündən sonra) təltif olunub.

Bu gün ailəsi şəhidimizin məzarını ziyarət edib, ruhuna dualar oxunub. Məzarı önünə gül çiçəkləri düzülüb. Onun həyat yoluna nəzər salınıb.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi