Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yeni siyahısı

Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yeni siyahısı Müdafiə Nazirliyinin Vətən müharibəsində 2783 nəfər şəhid olmuş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları barədə 3 dekabr 2020-ci il tarixli məlumatına əlavə olaraq dekabrın 15-dək 2756 şəhidimiz dəfn edilib.
Qarabağ
15 Dekabr , 2020 12:07
Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yeni siyahısı
0 : 00
0 : 00

"Müdafiə Nazirliyinin Vətən müharibəsində Silahlı Qüvvələrimizin şəhid olmuş 2 783 nəfər hərbi qulluqçuları barədə 3 dekabr 2020-ci il tarixli məlumatına əlavə olaraq bildirir ki, dekabrın 15-dək 2 756 şəhidimiz dəfn edilib".

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, dəfn edilmiş şəhidlərimizin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında yenilənmiş məlumat təqdim olunur.

"İtkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və şəxsiyyəti müəyyən olunmayan şəxslərin identifikasiyası üzrə işlər davam etdirilir.

Ölkə ictimaiyyətinə bu barədə mütəmadi əsasda məlumat veriləcək.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!", nazirlikdən bildirilib.

Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı

Son xəbərlər

Orphus sistemi