Vətən müharibəsi şəhidinin abidə kompleksinin açılış mərasimi keçirilib

Vətən müharibəsi şəhidinin abidə kompleksinin açılış mərasimi keçirilib Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Azərbaycan Ordusunun polkovnik-leytenantı Quliyev Rəşad Rəşid oğlunun doğum günü qeyd olunub.
Qarabağ
203
23 Sentyabr , 2021 13:50
Vətən müharibəsi şəhidinin abidə kompleksinin açılış mərasimi keçirilib

Fəxri Xiyabanda şəhid polkovnik-leytenant Rəşad Quliyevin xatirəsini yad etmək məqsədilə anım mərasimi keçirilib.

"Report"un xəbərinə görə, tədbiri Əməkdar incəsənət xadimi polkovnik Abdulla Qurbani açıb.

O, şəhid R.Quliyevlə şəxsi tanışlığından, onun qəhrəmanlıqlarından danışıb.

Xətai Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov 30 illik həsrətə son qoyaraq xalqımızı gözəl günlərə qovuşduran, ölkəmizin ərazi bütövlüyünü təmin edən şəhidlərin adlarının hər zaman uca tutulacağını söyləyib. O bildirib ki, rayon ərazisində Birinci və İkinci Qarabağ müharibəsində döyüşən şəhidlərin adları müxtəlif formatlarda anılır, xatirələrini əbədiləşdirmək üçün tədbirlər keçirilir.

P.İmanov şəhidlərin Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında göstərdikləri şücaətdən söz açıb, onların döyüş yolunun gələcək nəsillər üçün nümunə olacağını qeyd edib.

Döyüş yoldaşları - Vətən müharibəsi qaziləri olan gənc zabitlər 44 günlük savaşda R.Quliyevin keçdiyi döyüş yolunu bir lent yazısı kimi tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

Şəhidin anım mərasimi burada iştirak edən məktəblilərin şeir kompozisiyası ilə davam edib.

Mərasimdə çıxış edən şəhidin anası Mətanət Quliyeva ürək sözlərini və arzularını gənc zabitlərə çatdırıb. O, oğlunun şəhidlik məqamına ucalmasından, bu məqamın verdiyi qürurdan danışıb. M.Quliyeva oğlunun yaşadığı müddətdə Vətənə layiqli xidmət etdiyini bildirib.

Şəhidin xanımı Aytən Quliyeva deyib ki, belə bir şəxsiyyətin ömür yolunda payı olduğu üçün fəxr edir. O, övladlarını şəhid atalarının adına layiq böyüdəcəyini söyləyib.

Sonda Zığ qəsəbəsində şəhid Rəşad Quliyevin adına xatirə-abidə kompleksinin açılış mərasimi keçirilib.

10:17

Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Azərbaycan Ordusunun polkovnik-leytenantı Rəşad Rəşid oğlu Quliyevin doğum günü qeyd olunub.

"Report"xəbər verir ki, bu gün şəhidimizin İkinci Şəhidlər xiyabanında məzarı ziyarət edilib.

Tədbirdə R.Quliyevin ailə üzvləri, hərbçi yoldaşları, Müdafiə Nazirliyinin nümayəndələri, Xətai Rayon İcra Hakimiyyətinin rəhbərliyi və digər şəxslər iştirak ediblər.

Qeyd edək ki, R.Quliyev 1983-cü il sentyabrın 23-də Xətai rayonunda doğulub. 1990-1998-ci illərdə A.Xəlilov adına 263 nömrəli tam orta məкtəbdə, 1998-2000-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2000-2004-cü illərdə Heydər Əliyev adına Ali Hərbi məktəbdə ali hərbi təhsil alıb.

R.Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan döyüşlərdə savaşıb.

Döyüş yoldaşları tərəfindən "Canavar" ləqəbini qazanıb. R.Quliyev oktyabrın 7-də Cəbrayıl rayonunun işğaldan azad olunması zamanı şəhid olub. İkinci Şəhidlər Xiyabanında dəfn olunub.

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra "Azərbaycan bayrağı" ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.

Ailəli idi. Vətənə əmanət Dərya və İnci adında 2 qızı yadigar qalıb.

Son xəbərlər

Orphus sistemi