Vətən müharibəsi şəhidinin adına bulağın açılışı olub

Vətən müharibəsi şəhidinin adına bulağın açılışı olub Cəlilabad rayonunda Vətən müharibəsi şəhidi, baş leytenant Bayram Babaşovun adına olan bulağın açılışı olub.
Qarabağ
9 İyul , 2021 20:06
Vətən müharibəsi şəhidinin adına bulağın açılışı olub
Bayram Babaşov

Cəlilabad rayonunda Vətən müharibəsi şəhidi, baş leytenant Bayram Babaşovun adına olan bulağın açılışı olub.

"Report"un Muğan bürosunun məlumatına görə, bu gün həm də şəhid Bayram Babaşovun doğum günüdür. Bu münasibətlə şəhidin ata ocağında anım mərasimi keçirilib.

Anım mərasimində rayon rəhbərliyi, kənd sakinləri və şəhidin yaxınları iştirak edib.

Qeyd edək ki, şəhid baş leytenant Babaşov Bayram İlqar oğlu 1993-cü ilin bu günü Cəlilabad rayonunun Günəşli kəndində doğulub.

Qəhrəman baş leytenant Vətən müharibəsi zamanı Kəlbəcər uğrunda gedən döyüşlərdə şəhidliyə yüksəlib.

Bölük komandiri olan baş leytenant Bayram Babaşov doğulduğu kənddə dəfn edilib. Onun iki qardaşı da Vətən müharibəsində ilk gündən iştirak edib və hər ikisi qazi olub.

Şəhid zabitimiz ailəli idi, 4 yaşlı bir oğlu var.

O, Ali Baş Komandan tərəfindən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

Son xəbərlər

Orphus sistemi