Vahid Hacıyev: "Şərqi Zəngəzurda və Qarabağda inşaat işləri müasir tendensiyalar nəzərə alınmaqla aparılır"

Vahid Hacıyev: "Şərqi Zəngəzurda və Qarabağda inşaat işləri müasir tendensiyalar nəzərə alınmaqla aparılır" Bütün Şərqi Zəngəzur və Qarabağ ərazisində iri tikinti layihələrinin icrası müasir şəhərsalma tendensiyaları ilə davam etdirilir.
Qarabağ
21 İyun , 2024 12:47
Vahid Hacıyev: Şərqi Zəngəzurda və Qarabağda inşaat işləri müasir tendensiyalar nəzərə alınmaqla aparılır

Bütün Şərqi Zəngəzur və Qarabağ ərazisində iri tikinti layihələrinin icrası müasir şəhərsalma tendensiyaları ilə davam etdirilir.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev Zəngilanda keçirilən “COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda 29-cu yüksək səviyyəli görüşdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, tikinti davamlılıq, inklüzivlik və təhlükəsizliyin prioritet olduğu müasir şəhərsalma tendensiyaları nəzərə alınmaqla aparılır.

V.Hacıyev buna Zəngilan rayonunun “ağıllı kənd”ini nümunə göstərib: “Bu kənd dayanıqlı inkişaf məqsədləri nəzərə alınmaqla salınıb. Bu gün Ağalıda 175 ailə yaşayır, sakinlərin ümumi sayı 871 nəfərə çatır”.

O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə tikinti işlərində istilik izolyasiya materiallarından geniş istifadə olunub: “Evlərin damları suyun qızdırılması üçün günəş panelləri ilə təchiz olunub. Bütün inzibati binalar da həmçinin "təmiz enerji"ni almaq üçün günəş panelləri ilə təchiz edilib”.

Son xəbərlər

Orphus sistemi