Ukraynalı ekspert: "Rəsmi İrəvan revanşist niyyətlərindən əl çəkməlidir"

Ukraynalı ekspert: "Rəsmi İrəvan revanşist niyyətlərindən əl çəkməlidir" “Rəsmi İrəvan revanşist niyyətlərindən əl çəkməli və əldə edilmiş razılaşmalar çərçivəsində üzərinə götürdüyü öhdəliklərə riayət etməlidir. Bu, Ermənistanın da maraqlarına cavab verir”.
Qarabağ
14 İyul , 2021 15:55
Ukraynalı ekspert: Rəsmi İrəvan revanşist niyyətlərindən əl çəkməlidir

“Rəsmi İrəvan revanşist niyyətlərindən əl çəkməli və əldə edilmiş razılaşmalar çərçivəsində üzərinə götürdüyü öhdəliklərə riayət etməlidir. Bu, Ermənistanın da maraqlarına cavab verir”.

Bu fikirləri “Report”un Şərqi Avropa bürosuna tanınmış ukraynalı hərbi ekspert Yuri Koçevenko bildirib.

“Beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində Azərbaycan ərazisi toxunulmazdır. Azərbaycan öz ərazi bütövlüyünün müdafiəsi ilə bağlı tam şəkildə beynəlxalq dəstəyə malikdir. Ermənistan bunu nə qədər tez başa düşsə, bütün qonşuları ilə bir o qədər tez mehriban qonşuluq münasibətləri qura bilər. Bu həmçinin onun dinc və rahat inkişafı üçün lazımi şərtdir”, - o deyib.

Ekspertin sözlərinə görə, yalnız işğal edilmiş keçmiş bütün torpaqların rəsmi Bakının nəzarətinə keçməsi regionda sülh və inkişafı təmin etməyə imkanı verə bilər.

Xatırladaq ki, iyulun 13-də müvəqqəti olaraq rus sülhməramlılarının yerləşdiyi Azərbaycan ərazisində olan qanunsuz erməni silahlı birləşmələri Azərbaycan ordusunun Şuşa şəhəri ətrafında yerləşən mövqelərini pulemyot və avtomatlardan atəşə tutublar.

Son xəbərlər

Orphus sistemi