“Hazırkı vəziyyətdə Ermənistana yalnız beynəlxalq ictimaiyyət sanksiyalarla təsir göstərə bilər”.
Bunu “Report”un Şərqi Avropa bürosuna Ukrayna Ali Radasının “Xalqın xidmətçisi” Partiyasından olan deputatı Yuri Kamelçuk Ermənistan Silahlı Qüvvələri bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatı şərh edərkən bildirib.
Onun sözlərinə görə, Ermənistanda revanşist əhvali-ruhiyyə hökm sürür və bu baxımdan dünya bu ölkəyə dəstək vermir: “Onlar hüquqi normalara və beynəxalq qanunlara riayət etsələr, bəlkə də, bu vəziyyəti həll etmək mümkün olacaq”.
Onun sözlərinə görə, artıq Ukraynanın Xarici İşlər Nazirliyi Azərbaycan-Ermənistan sərhədində baş verənləri izlədiyi barədə bəyanat yayıb.
Deputat Ermənistanın dəstək üçün Ukraynada aparılan genişmiqyaslı müharibəyə görə günahkar olan Rusiyaya müraciət etməsinin təəssüf doğurduğunu bildirib.