Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Füzuli rayonuna gedib.
"Report" xəbər verir ki, o, bu barədə "X" hesabında paylaşım edib.
"Qələbənin və Füzulinin erməni işğalından azad edilməsinin üçüncü ilində Füzuli yolundayıq. Biz Qarabağın yenidən qurulmasının, inkişafının, qardaşlarımızın öz vətənlərinə qayıtmasının şahidi olacağıq", - diplomat bildirib.
Xatırladaq ki, Prezidentİlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 17-i Füzuli Şəhəri Günü kimi qeyd edilir. Bu əlamətdar gün Füzuli şəhərinin 2020-ci il oktyabrın 17-də Ermənistan işğalından azad edilməsi ilə əlaqədar təsis edilib. Bu gün şəhərin erməni işğalçılarından təmizlənməsindən 3 il ötür.
Fuzuli’nin ermeni işgalinden kurtarılışı ve zaferin 3.yılında #Fuzuli yolundayız. Karabağ’ın imar ve inkişafı ile kardeşlerimizin öz yurtlarına geri dönüşüne şahitlik edeceğiz. pic.twitter.com/TmkECAAOKj