Şuşa-Xankəndi yolunda keçirilən aksiyanın iştirakçıları havaya göyərçin buraxıblar

Şuşa-Xankəndi yolunda keçirilən aksiyanın iştirakçıları havaya göyərçin buraxıblar Şuşa-Xankəndi yolunda keçirilən aksiyada iştirak edən ekofəallar sülh mesajı olaraq havaya göyərçin buraxıblar.
Qarabağ
14 Dekabr , 2022 18:40
Şuşa-Xankəndi yolunda keçirilən aksiyanın iştirakçıları havaya göyərçin buraxıblar

Şuşa-Xankəndi yolunda keçirilən aksiyada iştirak edən ekofəallar sülh mesajı olaraq havaya göyərçin buraxıblar.

“Report”un aksiyanı işıqlandıran əməkdaşının verdiyi xəbərə görə, aksiya iştirakçıları tərəfindən havaya 44 ədəd göyərçin uçurulub.

Göyərçin təsviri həm də Rusiya sülhməramlılarının geyimində - qolları üzərindəki şevronda əks olunur. 44 rəqəmi isə Azərbaycanın qalib dövlət kimi güclü mövqeyini, əldə etdiyi tarixi zəfəri simvolizə edir.

Aksiya iştirakçıları Laçın yolu vasitəsilə dinc erməni əhalisinə məxsus mülki maşınların, təcili yardım maşınlarının keçidinə şərait yaratmağa hazır olduqlarını hər dəfə çağırışlarında qeyd edirlər.

Onların təhlükəsizliyini əraziyə cəlb edilmiş Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının (DQ) hərbçiləri və polislər yüksək səviyyədə təmin edirlər.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Son xəbərlər

Orphus sistemi