Sultan Hacıyev: “Azərbaycan bərpa və yenidənqurma proseslərində böyük tərəqqiyə nail olub”

Sultan Hacıyev: “Azərbaycan bərpa və yenidənqurma proseslərində böyük tərəqqiyə nail olub” “Bu gün imzalanan layihə Azərbaycanın minatəmizləmə prosesində beynəlxalq dəstək aldığının əyani sübutudur”.
Qarabağ
7 Fevral , 2023 15:58
Sultan Hacıyev: “Azərbaycan bərpa və yenidənqurma proseslərində böyük tərəqqiyə nail olub”
Sultan Hacıyev

“Bu gün imzalanan layihə Azərbaycanın minatəmizləmə prosesində beynəlxalq dəstək aldığının əyani sübutudur”.

"Report" xəbər verir ki, bunu Şuşada jurnalistlərə açıqlamasında İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidənqurması üzrə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin rəhbər müavini Sultan Hacıyev deyib.

"Azərbaycan həmişə olduğu kimi öz imkanlarına arxalanır. Azərbaycan ümumi bərpa və yenidənqurma proseslərində, eləcə də onların tərkib hissəsi olan minatəmizləmə fəaliyyətində böyük tərəqqiyə nail olub. Nəticələr göz qabağındadır. Ölkə rəhbərliyi daim beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb. Ümid edirik ki, bu sahədə əməkdaşlıq səmərəli şəkildə davam etdiriləcək və keçmiş məcburi köçkünlər uzun illərin həsrətindən sonra sağ-salamat öz doğma yurd-yuvalarına qayıda biləcəklər”, - o bildirib.

Son xəbərlər

Orphus sistemi