Sülhməramlılar modul tipli yataqxanalar gətirib, aksiyaçılar ərazini tərk etmək fikrində deyil - YENİLƏNİB

Sülhməramlılar modul tipli yataqxanalar gətirib, aksiyaçılar ərazini tərk etmək fikrində deyil - YENİLƏNİB Azərbaycandakı müvəqqəti Rusiya sülhməramlıları Şuşa-Xankəndi yolunda - azərbaycanlı aktivist və QHT nümayəndələrinin etiraz aksiyası keçirdiyi ərazidə modul tipli yataqxanalar quraşdırmaq niyyətindədir.
Qarabağ
12 Dekabr , 2022 16:54
Sülhməramlılar modul tipli yataqxanalar gətirib, aksiyaçılar ərazini tərk etmək fikrində deyil - YENİLƏNİB

“Hazırda Şuşa-Xankəndi yolunda aksiyamız davam edir, ərazidən getmək fikrimiz yoxdur. Biz Volkovu gözləyirdik, əvəzində modul tipli yataqxanalar və qaldırıcı kran gətirdilər”.

Bunu “Report”a açıqlamasında Şuşa ərazisində, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan yolun bir hissəsində Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilən etiraz aksiyasının iştirakçısı olan hərbi-siyasi ekspert Telman Qasımov deyib.

O bildirib ki, ərazidən heç kəsin uzaqlaşmaq fikri yoxdur:

“Biz hazırda Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini gözləyirik. Baxmayraq ki, iki saat bundan əvvəl onun bura bizimlə görüşə gələcəyi elan edildi. Lakin o, hələ də gəlib bura çatmır. Bizim olduğumuz yerlə Xankəndi arasında təxminən 15 dəqiqəlik yol var. Amma hələ də bizə qarşı hörmətsizlik edilir. Mən bütövlülüklə bunu bəyan edirəm ki, 1988-ci ildən Qarabağda ermənilər tərəfindən başlanılan ekoloji terrora soy qoyacağıq”.

15:37

Azərbaycandakı müvəqqəti Rusiya sülhməramlıları Şuşa-Xankəndi yolunda - azərbaycanlı aktivist və QHT nümayəndələrinin etiraz aksiyası keçirdiyi ərazidə modul tipli yataqxanalar quraşdırmaq niyyətindədir.

“Report”un əməkdaşı xəbər verir ki, yataqxanalar “KamAZ” markalı yük maşını ilə əraziyə gətirilib.

Modul tipli yataqxanaların yük maşınından götürülərək yerə qoyulması üçün qaldırıcı kran da gətirilib.

Ehtimal edilir ki, sülhməramlılar aksiyaların gecəyə qədər davam edəcəyi qənaətinə gəliblər.

Modul tipli yataqxanalar şəxsi heyəti qida və istirahətlə təmin etmək üçündür.

Son xəbərlər

Orphus sistemi