Şəmkirdə şəhidlərin xatirəsinə abidə kompleksi tikilir

Şəmkirdə şəhidlərin xatirəsinə abidə kompleksi tikilir Şəmkir rayonunda Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini əbədiləşdirmək üçün Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən möhtəşəm abidə kompleksinin tikintisinə start verilib.
Qarabağ
26 Dekabr , 2020 13:37
Şəmkirdə şəhidlərin xatirəsinə abidə kompleksi tikilir

Şəmkir rayonunda Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini əbədiləşdirmək üçün Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən möhtəşəm abidə kompleksinin tikintisinə start verilib.

"Report" xəbər verir ki, hündürlüyü 7,6 metr olacaq nəfis görünüşə malik abidə komleksi Şəmkir şəhərində yerləşən Şəhidlər Xiyabanında 8 guşəli ulduz təsvirinin üzərində ucaldılacaq.

Abidənin ətrafındakı xüsusi hazırlanmış mərmər lövhələrdə Birinci və İkinci Qarabağ Müharibəsi dövründə, Aprel Zəfərində canını Vətən uğrunda qurban verən qəhrəman şəhidlərimizin, itkin düşmüş qəhrəmanlarımızın adları həkk olunacaq. Həmçinin abidə komleksində Qarabağ savaşı haqqında Azərbaycan və ingilis dillərində məlumatlar yazılacaq.

Şəhidlər Abidə komleksinin arxa hissəsində isə səkkiz ədəd zirvələri fəht etmiş, qalib Azərbaycanımızın bayrağı dalğalanacaq.

Son xəbərlər

Orphus sistemi