Şəhid Elmin Əlizadə dəfn edilib

Şəhid Elmin Əlizadə dəfn edilib
Qarabağ
18 Noyabr , 2021 12:15
Şəhid Elmin Əlizadə dəfn edilib

Noyabrın 16-da dövlət sərhədinin Kəlbəcər istiqamətində erməni təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun əsgəri Əlizadə Elmin Samir oğlu dəfn edilib.

"Report"un Qarabağ Mərkəzinin məlumatına görə, Elmin Əlizadə Mingəçevir şəhərində Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Şəhidin tabutu üzərinə sərilən bayraq onun atasına verilib.

Dəfn mərasimi hərbi orkestrin müşaiyəti ilə keçirilib, şəhidin xatirəsinə yaylım atəşi açılıb.

11:27

Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan Azərbaycan Ordusunun əsgəri Elmin Samir oğlu Əlizadə ilə Mingəçevirdə vida mərasimi keçirilir.

"Report"un Qarabağ Mərkəzinin məlumatına görə, onun nəşi Mingəçevir şəhər "AzDRES" ərazisindəki məcburi köçkünlərin məskunlaşdığı "Yeni həyat" qəsəbəsində ailəsinin yaşadığı evə gətirilib.

Vida mərasimində şəhidin yaxınları ilə yanaşı, Ağdam və Mingəçevir şəhər icra hakimiyyətlərinin rəhbərliyi, qazilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin hərbçi yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Şəhid Mingəçevir şəhər Şəhidlər xiyabanında dəfn olunacaq.

10:45

Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan Azərbaycan Ordusunun əsgəri Elmin Samir oğlu Əlizadənin nəşi bu gün ailəsinə təhvil verilib.

"Report"un Qarabağ bürosunun məlumatına görə, onun nəşi Mingəçevir şəhər "AzDRES" ərazisində məcburi köçkünlərin məskunlaşdığı "Yeni həyat" qəsbəsində ailəsinin yaşadığı evə gətirilib.

Şəhidlə vida mərasimi keçirildikdən sonra onun nəşi Mingəçevir şəhər Şəhidlər xiyabanında dəfn olunacaq.

Allah rəhmət etsin!

Son xəbərlər

Orphus sistemi