Şəhid baş leytenant Şəhriyar Əlibəyli Vətən müharibəsinin iştirakçısı olub - FOTO

Şəhid baş leytenant Şəhriyar Əlibəyli Vətən müharibəsinin iştirakçısı olub - FOTO Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, 29 yaşlı baş-leytenant Əlibəyli Şəhriyar Ramiz oğlu Qəbələ rayonunun Vəndam qəsəbə sakini olub.
Qarabağ
5 Mart , 2023 23:00
Şəhid baş leytenant Şəhriyar Əlibəyli Vətən müharibəsinin iştirakçısı olub - FOTO

Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, 29 yaşlı baş leytenant Əlibəyli Şəhriyar Ramiz oğlu Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olub.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, onun sabah yaşadığı Bakı şəhərində dəfn olunacağı bildirilir.

Qeyd edək ki, Şəhriyar Əlibəyli subay olub, ailənin yeganə övladı idi. O, 1994-cü ildə Qəbələ rayonu Vəndam qəsəbəsində doğulub.

Daha sonra ailəsi ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu Badamdar qəsəbəsinə köçüblər. 2012-ci ildə 236 saylı tam orta məktəbi bitirib. Heydər Əliyev adına Hərbi İnstitutun məzunu olan baş-leytenant Ş. Əlibəyli Vətən müharibəsinin iştirakçısı olub.

Prezident İlham Əliyevin sərəncamları ilə “Şuşanın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Son xəbərlər

Orphus sistemi