Sarıcalı kəndində açılışı olan körpələr evi-uşaq bağçasında 5 qrup fəaliyyət göstərəcək

Sarıcalı kəndində açılışı olan körpələr evi-uşaq bağçasında 5 qrup fəaliyyət göstərəcək Ağdam rayonunun Sarıcalı kəndində açılışı olan körpələr evi-uşaq bağçasında 5 qrup fəaliyyət göstərəcək.
Qarabağ
28 mart 2025 13:55
Sarıcalı kəndində açılışı olan körpələr evi-uşaq bağçasında 5 qrup fəaliyyət göstərəcək

Ağdam rayonunun Sarıcalı kəndində açılışı olan körpələr evi-uşaq bağçasında 5 qrup fəaliyyət göstərəcək.

“Report”un Qarabağ Bürosunun Ağdama ezam olunan əməkdaşının məlumatına görə, kəndə edilən mediatur zamanı jurnalistlərə bildirilib ki, 100 yerlik körpələr evi-uşaq bağçasının ümumi ərazisi 1 hektara yaxın ərazini əhatə edir.

Media nümayəndələrinə məlumat verən Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi bildirib ki, bina müasir standartlara uyğun inşa edilib.

Qeyd olunub ki, bağçada azyaşlıların təlim-tərbiyəsi və onların sağlam mühitdə yetişmələri üçün hər cür şərait var. Otaqların hamısı zəruri avadanlıqla təchiz olunub, balacaların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafının təmin edilməsi, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması kimi meyarlara xüsusi diqqət yetiriləcəyi üçün bütün zəruri tədbirlər görülüb.

Bağçanın ərazisində uşaqların əylənməsi üçün inşa edilən meydança da müxtəlif attraksion və idman qurğuları quraşdırılıb, geniş abadlıq işləri görülüb.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Sarıcalı kənd körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi