Rusiyalı ekspert: "Ermənistana qarşı siyasi təzyiq artırılmalıdır"

Rusiyalı ekspert: "Ermənistana qarşı siyasi təzyiq artırılmalıdır" “Bu günlərdə Ağdam və Füzuli rayonlarında olmuşam. Kilometrlərlə uzanıb gedən minalanmış ərazilər ağlasığmazdır"
Qarabağ
19 Mart , 2021 14:40
Rusiyalı ekspert: Ermənistana qarşı siyasi təzyiq artırılmalıdır
İqor Korotçenko

“Bu günlərdə Ağdam və Füzuli rayonlarında olmuşam. Kilometrlərlə uzanıb gedən minalanmış ərazilər ağlasığmazdır. Orada az qala hər qarışda mina basdırılıb. Təbii ki, bu məsələ həll olunmadan nə qaçqınları qaytarmaq, nə kənd əkin işlərinə başlamaq, nə də şəhərləri, kəndləri bərpa etmək mümkün olacaq. Fikrimcə, bununla bağlı Yerevana siyasi təzyiqlər artırılmalıdır”.

Bu barədə “Report”un Rusiya bürosuna rusiyalı hərbi ekspert İqor Korotçenko bildirib.

Ekspert qeyd edib ki, son vaxtlar azərbaycanlı mülki şəxslərin ermənilər tərəfindən basdırılmış minalara düşmələri haqqında xəbərlər getdikcə çoxalır və bu məsələ artıq beynəlxalq əhəmiyyət kəsb etməyə başlayıb: “Ermənistanı minalanmış ərazilər xəritəsini Azərbaycana təqdim etdirmək üçün BMT Təhlükəsizlik Şurasında məsələ qaldırılmalı, bu barədə müvafiq qətnamə qəbul olunmalıdır. Çünki hər kəs üçün, o cümlədən elə rusiyalı sülhməramlılar üçün də böyük təhlükə var. Ona görə də bu problem birgə səylərlə həll olunmalıdır”.

Rusiyalı ekspertin fikrincə, Ermənistan həmin xəritəni vermək müqabilində müəyyən güzəştlər əldə etməyi düşünür: “Ermənistan minalanmış sahələrin xəritəsi ilə bağlı məsələni alver mövzusuna çevirmək, onu siyasiləşdirmək istəyir. Açığı, çox çirkin davranışdır. Onların əlində bu xəritələr var, amma qəsdən vermirlər”.

Qarabağda Ermənistan hərbçilərinin qalmasının 10 noyabr bəyanatının şərtlərinə daban-dabana zidd olduğunu vurğulayan rusiyalı ekspert həmin sənəddə onların bölgəni tərk edəcəyinin birmənalı təsbit olduğunu xatırlayıb: “Bu gün ermənilər razılaşmanı kobud şəkildə pozaraq oraya öz hərbçilərini qanunsuz olaraq göndərməyə çalışırlar. Ermənistanın bu davranışı istər Azərbaycanın, istərsə də Rusiyanın mövqeyinə ziddir. Onların nə etmək istədiyi qaranlıqdır. Hərb meydanında sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistan mövcud gerçəkliyi qəbul edərək dinc bərpa işlərinə üstünlük verməlidir. Dünyəvi, məsuliyyətli dövlət olan Azərbaycan Qarabağdakı erməni əhalisinin təhlükəsizliyini tam şəkildə təmin etmək iqtidarındadır”.

Son xəbərlər

Orphus sistemi