Zaxarova: "Minaların təmizlənməsi və minalı ərazilərin xəritələrinin verilməsi məsələlərinin həlli vacibdir"

Zaxarova: "Minaların təmizlənməsi və minalı ərazilərin xəritələrinin verilməsi məsələlərinin həlli vacibdir" “Rusiya Bakı ilə İrəvan arasında, İrəvan və Ankara arasında dialoqların normallaşmasına yönələn addımları qətiyyətlə dəstəkləyir”
Qarabağ
248
17 İyun , 2021 18:28
Zaxarova: Minaların təmizlənməsi və minalı ərazilərin xəritələrinin verilməsi məsələlərinin həlli vacibdir
0 : 00
0 : 00

“Rusiya Bakı ilə İrəvan arasında, İrəvan və Ankara arasında dialoqların normallaşmasına yönələn addımları qətiyyətlə dəstəkləyir”.

“Report”un Rusiya bürosunun verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib.

“Cənubi Qafqazdakı qarşılıqlı münasibətlər regiondakı bütün ölkələr nəzərə alınmaqla və balanslı şəkildə, mehriban qonşuluq prinsipləri əsasında inkişaf etməlidir”, - o əlavə edib.

M.Zaxarova həmçinin Rusiyanın Azərbaycan tərəfinin iyunun 12-də 15 erməni hərbçini Ermənistana qaytarmasını alqışladığını da vurğulayıb: “Eyni zamanda, digər humanitar məsələlərin, o cümlədən də minaların təmizlənməsi və minalı ərazilərin xəritələrinin verilməsi ilə bağlı məsələlərin həll olunmasının vacib olduğunu düşünürük”.

Son xəbərlər

Orphus sistemi