Rusiya XİN: 11 yanvar bəyanatının yerinə yetirilməsi Cənubi Qafqazın xeyrinədir

Rusiya XİN: 11 yanvar bəyanatının yerinə yetirilməsi Cənubi Qafqazın xeyrinədir Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 11 yanvar tarixli birgə bəyanatı ilə bağlı konkret məsələlərin həlli üçün ekspert qrupları yaradılacaq.
Qarabağ
15 Yanvar , 2021 13:15
Rusiya XİN: 11 yanvar bəyanatının yerinə yetirilməsi Cənubi Qafqazın xeyrinədir
Mariya Zaxarova

"Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 11 yanvar tarixli birgə bəyanatı ilə bağlı konkret məsələlərin həlli üçün ekspert qrupları yaradılacaq".

“Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinq zamanı bildirib.

Rusiya rəsmisi 11 yanvar Moskva görüşündə iqtisadi əlaqələrinin qurulmasına, yolların açılmasına, infrastrukturun təkmilləşdirilməsinə xüsusi diqqət yetirildiyini xatırladıb.

“Bununla bağlı ayrıca bəyanat qəbul edildi. Bildiyiniz kimi, görüşün yekunlarına görə Rusiya, Azərbaycan, Ermənistan baş nazir müavinlərinin həmsədrliyilə üçtərəfli işçi qrupu yaradılıb. Bu qrup cari ayın sonunadək yığıncaq keçirməli, martın 1-dək isə beynəlxalq daşımaları yoluna qoymaq üçün nəqliyyat infrastrukturu obyektlərinin bərpasını və yenilərinin tikilməsini nəzərdə tutan tədbirlər planı və cədvəlini təqdim etməlidir. Şübhəsiz ki, bütün bu məsələlərin həyata keçirlməsi həm Ermənistan, həm Azərbaycan tərəfinin, bütövlükdə Cənubi Qafqaz regionunun xeyrinə olacaq, yəni bütün dövlətlərin mənafeləri nəzərə alınacaq”, – XİN nümayəndəsi qeyd edib.

Son xəbərlər

Orphus sistemi