Rusiya XİN Sankt-Peterburqda Dağlıq Qarabağla bağlı üçtərəfli sammitin keçirilmə ehtimalını şərh edib

Rusiya XİN Sankt-Peterburqda Dağlıq Qarabağla bağlı üçtərəfli sammitin keçirilmə ehtimalını şərh edib Mariya Zaxarova: "Əgər hər hansı bir praktik nəticələr olsa, o zaman hər kəsə əlavə məlumat veriləcək”
Qarabağ
10 İyun , 2016 17:42
Rusiya XİN Sankt-Peterburqda Dağlıq Qarabağla bağlı üçtərəfli sammitin keçirilmə ehtimalını şərh edib
Mariya Zaxarova

Bakı. 10 iyun. REPORT.AZ/ Rusiya Xarici İşlər Nazirliyi iyun ayında Sankt-Peterburqda Dağlıq Qarabağ münaqişəsi üzrə Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyinin iştirakı ilə üçtərəfli sammitin keçirilməsi ehtimalını şərh edib. 

“Report”un məlumatına görə, Rusiya XİN-in təmsilçisi Mariya Zaxarova bildirib ki, təmsil etdiyi qurumun iyunun 9-da bu görüş barədə yaydığı məlumat düzgün hazırlanmayıb: “Söhbət hipotetik ehtimalından, hansısa görüşün keçirilməsi ehtimalından gedir. Belə görüşün keçirilməsi ehtimalının olması barədə bütün tətərflər razılığını bildiriblər. Əgər hər hansı praktik nəticələr olsa, o zaman hər kəsə əlavə məlumat veriləcək.”

Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində rolunu şərd edən XİN rəsmisi söyləyib ki, rəsmi Moskva heç kəsi münaqişənin həlli üzrə danışıqlar prosesindən kənarlaşdırmır: "Biz ATƏT-in Minsk qrupu həmsədrlərinin rolunu yüksək qiymətləndiririk və hazırda mövcud olan formatın çərçivəsində fəal iştirak edirik".

Son xəbərlər

Orphus sistemi