Romanenko: “Azərbaycanın təbii sərvətlərini talan etməyə heç kimin haqqı yoxdur”

Romanenko: “Azərbaycanın təbii sərvətlərini talan etməyə heç kimin haqqı yoxdur” “Bizim missiyamız Azərbaycanın təbii sərvətlərinin talan edilməməsi üçün ekofəalların etirazına dəstək verməkdir”.
Qarabağ
1 Fevral , 2023 14:24
Romanenko: “Azərbaycanın təbii sərvətlərini talan etməyə heç kimin haqqı yoxdur”

“Bizim missiyamız Azərbaycanın təbii sərvətlərinin talan edilməməsi üçün ekofəalların etirazına dəstək verməkdir”.

Bunu "Report"a Azərbaycan Kazaklar Birliyinin nümayəndəsi İvan Romanenko deyib.

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda etiraz aksiyası keçirilən əraziyə bu gün Azərbaycanın Rus İcmasının nümayəndələri gəlib. Nümayəndə heyətinin tərkibinə təxminən 30 nəfər daxildir.

Azərbaycan Kazaklar Birliyinin nümayəndəsi xatırladıb ki, suveren dövlətin ərazisində aparılan istənilən iş yalnız dövlət rəhbərliyinin icazəsi ilə həyata keçirilməlidir.

“Azərbaycanın sərvətini talan etməyə heç kimin ixtiyarı yoxdur, amma talan baş veribsə, bunu edənlər müvafiq cəzalarını almalıdırlar”, - Romanenko əlavə edib.

Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 52 gündür davam edir.

Son xəbərlər

Orphus sistemi