Reyçel Avraam: Ermənistan mina xəritələrini Azərbaycana versə, bu, sülhə doğru növbəti addım olar

Reyçel Avraam: Ermənistan mina xəritələrini Azərbaycana versə, bu, sülhə doğru növbəti addım olar Ermənistanın minalanmış sahələrin xəritələrini Azərbaycana təhvil verməsi ölkələr arasında sülhün əldə olunması istiqamətində növbəti addım ola bilər.
Qarabağ
30 May , 2024 14:41
Reyçel Avraam: Ermənistan mina xəritələrini Azərbaycana versə, bu, sülhə doğru növbəti addım olar

Ermənistan minalanmış sahələrin xəritələrini Azərbaycana təhvil versə, bu, ölkələr arasında sülhün əldə olunması istiqamətində növbəti addım ola bilər.

"Report" xəbər verir ki, bunu İsraildə fəaliyyət göstərən İqtisadiyyat Dünyası Mərkəzinin redaktoru, politoloq Reyçel Avraam jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bu, onun Qarabağa beşinci, ümumilikdə isə Azərbaycana yeddinci səfəridir: “Mən Qarabağa ilk səfərim İkinci Qarabağ müharibəsindən altı ay sonra olub. İsrailin keçmiş rabitə naziri Ayub Karanın başçılıq etdiyi nümayəndə heyəti ilə Qarabağa səfər etdik. Mən onun köməkçisi idim. Biz müharibədən sonra Qarabağı görən azsaylı əcnəbilərdən biriydik. Elə bir ərazidə idik ki, orada minalar çox idi, ağaclar kökündən qoparılmışdı”.

Politoloq bildirib ki, bu gün dövlət tərəfindən aparılan bərpa işlərinin gözəl nümunələrini görmək olar: “Ötən il ANAMA Ağdam Konfrans Mərkəzində gözəl bir tədbir keçirib. Sonra Şuşada kulinariya festivalı keçirildi. İndi sizin Zəngilanda da hava limanınız var”.

“Azərbaycan böyük irəliləyiş əldə edir. Təəssüf ediləcək tək hal ondan ibarətdir ki, Ermənistan minalanmış ərazilərin xəritələrini təqdim vermir. Təsəvvür edin, Azərbaycan bu xəritələri əldə etsəydi, Qarabağ necə olardı? Bu, “Qara bağ” yox, “Yaşıl bağ” olardı”, - o vurğulayıb.

Onun fikrincə, Ermənistanı bu öhdəliklərin yerinə yetirilməməsinə görə qınamaq və minaların bütün xəritələrini Azərbaycana təhvil verənə qədər sanksiyalar tətbiq etmək lazımdır.

Son xəbərlər

Orphus sistemi