Səfir: “Ermənilərin Qarabağda Azərbaycanın digər vətəndaşlarından daha üstün xüsusi hüquqları yoxdur"
Səfir: “Ermənilərin Qarabağda Azərbaycanın digər vətəndaşlarından daha üstün xüsusi hüquqları yoxdur"Xankəndi heç bir respublika və ya muxtariyyətin paytaxtı deyil.
“Ermənilərin Qarabağda Azərbaycanın digər vətəndaşlarından daha üstün xüsusi hüquqları yoxdur".
"Report" xəbər verir ki, bunu Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev Haaqada keçirilən "Cənubi Qafqaz və Avropa İttifaqı - çağırışların öhdəsindən gəlmək, imkanlardan istifadə" mövzusunda beynəlxalq konfransda çıxışında Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaarın çıxışına münasibət bildirərkən deyib.
O, Gürcüstan, Ermənistan, Azərbaycan ekspertlərinin, Aİ-nin, Niderlandın Xarici İşlər Nazirliyinin və Haaqada akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin iştirak etdiyi konfransın iştirakçılarına münaqişədən sonra Ermənistanla sülh prosesi və Aİ ilə münasibətlərdə Azərbaycanın mövqeyi barədə məlumat verib.
"Azərbaycan ərazilərinin minalardan təmizlənməsi məsələsinin Aİ-nin regional prioritetləri siyahısında sonuncu yeri tutması təəccüb doğurur. Azərbaycan üçün bu, ən yüksək prioritetdir", - səfir bildirib.
Azərbaycanlı diplomat, həmçinin Aİ və Niderland Xarici İşlər Nazirliyinin nümayəndələrinin “Bakı ilə Xankəndi arasında dialoqu aktivləşdirmək” çağırışlarını tənqid edib. O, Xankəndinin heç bir respublikanın və ya muxtariyyətin paytaxtı olmadığını, hətta onun ərazisində yerləşdiyi Xocalı rayonunun da mərkəzi olmadığını qeyd edib:
"Rayonun inzibati mərkəzi Xocalı şəhəridir. Bakı ilə Xocalı arasında münasibətlər Bakı ilə Şuşa, Ağdam, Gəncə, Xaçmaz və Azərbaycanın rayonlarının digər inzibati mərkəzləri arasında olan münasibətlər kimi qurulacaq. Təbii ki, Qarabağın erməni əhalisinin nümayəndələri ilə təmaslar olacaq, lakin Azərbaycan qanunvericiliyinə qeyd-şərtsiz riayət etməklə".
R.Mustafayev “Qarabağda etnik təmizləmə təhlükəsi” və “Qarabağ ermənilərinin təhlükəsizlik hüququ” kimi qondarma tezisləri kəskin tənqid edib. Səfir qeyd edib ki, həqiqətən də regionda etnik təmizləmə baş verib, lakin bu, 1988-1990-cı illərdə işğalçı Ermənistan silahlı qüvvələrinin bütün qeyri-erməni əhalisini bölgədən qovduğu zaman baş verib.
Səfir xatırladıb ki, Sovet Azərbaycanı dövründə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti çoxmillətli region olub, burada 46 etnik qrupun nümayəndələri yaşayıb: "Onların hamısı Ermənistan silahlı qüvvələri tərəfindən Qarabağdakı yaşayış yerlərindən qovulub. Region dağılmış şəhərləri, çirklənmiş çayları, meşələri, qırılmış əraziləri və minalanmış tarlaları olan monoetnik hərbi bazaya çevrilib. Azərbaycan bu regionu bərpa etmək və onun çoxmillətli xarakterini canlandırmaq niyyətindədir".
O, “Ermənilərin təhlükəsizlik hüququ” ilə bağlı tezisə toxunaraq vurğulayıb ki, ermənilərin Qarabağda Azərbaycanın digər vətəndaşlarının hüquqlarından daha üstün olan hər hansı xüsusi hüquqları yoxdur:
"Bu aldanış erməni ideologiyasının və siyasətinin əsas problemi, eləcə də sülh prosesində əsas maneədir. Hüquq və təminat problemi müstəsna olaraq, “bütün vətəndaşların qanun qarşısında bərabərliyi” düsturu əsasında həll olunacaq".
Exciting conference in TheHague on peace & / relations. Was honoured to explain to |n colleagues basic parameters of new regional reality. Rights of Armenians of Karabakh will be ensured on equal terms with other |i citizens. Equality under law, no more, no less pic.twitter.com/IGTwexJ6Xd