Qazaxıstan Füzulidə Uşaq Mərkəzini inşa edən şirkəti mükafatlandırıb

Qazaxıstan Füzulidə Uşaq Mərkəzini inşa edən şirkəti mükafatlandırıb Qazaxıstan səfirliyi Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılığının İnkişafı Mərkəzinin tikintisinə məsul olan “BI Group” şirkətinin nümayəndələrini mükafatlandırıb.
Qarabağ
19 Sentyabr , 2023 16:26
Qazaxıstan Füzulidə Uşaq Mərkəzini inşa edən şirkəti mükafatlandırıb

Qazaxıstan səfirliyi Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılığının İnkişafı Mərkəzinin tikintisinə məsul olan “BI Group” şirkətinin nümayəndələrini mükafatlandırıb.

“Report” səfirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel, “BI Group”un Beynəlxalq Layihələr Departamentinin direktoru Arman Lesbekov, layihə rəhbəri Daulet Janabilov, diplomatlar və digər qonaqlar iştirak ediblər.

Görüşdə səfir “BI Group”un əməkdaşlarına müvafiq nazirliyin fəxri fərmanlarını və təşəkkürnamələrini təqdim edib.

A.Bayel həmçinin yaradıcılıq mərkəzinin tikintisində komandanın işinin peşəkarlığına, keyfiyyətinə və səmərəliliyinə görə təşəkkürünü bildirib.

A.Lesbekov isə öz növbəsində “BI Group”un bu mühüm layihə üzərində çalışan zaman göstərilən hərtərəfli dəstəyə görə səfirliyə minnətdarlığını bildirib və hazırkı tikinti işlərinin gedişindən danışıb.

Qeyd edək ki, Uşaq Yaradıcılıq Mərkəzinin tikintisi Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ötən il Azərbaycana səfəri zamanı verdiyi tapşırığa əsasən həyata keçirilir. Mərkəzin təməlqoyma mərasimi 2023-cü ilin martında baş tutub, onun tikintisinin bu ilin sonunadək başa çatdırılması planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi