Qarabağ qazisi Göyçayda coşqu ilə qarşılanıb

Qarabağ qazisi Göyçayda coşqu ilə qarşılanıb Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsinin iştirakçılarından biri də Elməddin Tahir oğlu Məmmədovdur. Qarabağ qazisi doğulduğu Göyçay rayonunun Çərəkə kəndində böyük coşqu ilə qarşılanıb.
Qarabağ
2500
14 Dekabr , 2020 20:20
Qarabağ qazisi Göyçayda coşqu ilə qarşılanıb

Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsinin iştirakçılarından biri də Elməddin Tahir oğlu Məmmədovdur. Qarabağ qazisi doğulduğu Göyçay rayonunun Çərəkə kəndində böyük coşqu ilə qarşılanıb.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, E.Məmmədov orta məktəbi bitirdikdən sonra 2013-cü ildə hərbi xidmətə yollanıb. Uşaq vaxtından silaha, orduya maraq göstərən Elməddinin snayper olmaq böyük arzularından biri olub. Elə bu arzusu onu snayper kimi xidmət etməsinə gətirib çıxarıb. 2014-cü ildə hərbi xidmətini başa vuraraq doğulduğu kəndə qayıdıb.

Sentyabrın 27-də Vətən müharibəsi başlayanda cəbhəyə getmək üçün Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsində könüllü olaraq qeydiyyatdan keçib. Elməddin bir müddət sonra ordu sıralarına çağırılır, Füzuli və Cəbrayıl rayonlarının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edir. Düşmənin atdığı minaatan mərmisi yanına düşdüyündən başından qəlpə yaraları alır. Döyüş yoldaşlarının köməyilə ərazidən çıxarılaraq xəstəxanaya çatdırılır. Qazimiz müalicə aldıqdan sonra yenidən cəbhəyə dönmək istəsə də, səhhəti buna imkan vermir və kəndə ailəsinin yanına göndərilir.

Son xəbərlər

Orphus sistemi