Qarabağ Dirçəliş Fondu ilə Latviyadan olan nümayəndə heyəti arasında görüş keçirilib

Qarabağ Dirçəliş Fondu ilə Latviyadan olan nümayəndə heyəti arasında görüş keçirilib Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev ölkəmizdə səfərdə olan Latviya İnvestisiya və İnkişaf Agentliyinin Baş Direktoru Kaspars Rozkalnsın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qarabağ
9 Mart , 2023 17:45
Qarabağ Dirçəliş Fondu ilə Latviyadan olan nümayəndə heyəti arasında görüş keçirilib

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev ölkəmizdə səfərdə olan Latviya İnvestisiya və İnkişaf Agentliyinin Baş Direktoru Kaspars Rozkalnsın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə "Report"a Fonddan məlumat verilib.

Görüşdə Latviya Dəmir Yolları Dövlət Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Rinalds Plavnieks, Latviya İnvestisiya və İnkişaf Agentliyinin beynəlxalq əlaqələr idarəsinin direktoru xanım Silviya Dreiman, Agentliyin baş icraçı direktoru Janis Zeltins və digərləri iştirak ediblər.

Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev QDF-in yaradılması, Fondun fəaliyyətinin 2022-2025-ci illəri əhatə edən strateji istiqamətləri, əsas məqsəd və vəzifələri, o cümlədən həyata keçirilən və cari layihələrdən bəhs edib.

R.Hacıyev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad olunduqdan sonra qısa zaman kəsiyində Qarabağda görülən mühüm işlər barədə ətraflı məlumat verib.

R.Hacıyev işğaldan azad edilən ərazilərdə ermənilərin törətdikləri dağıntılardan danışaraq işğal nəticəsində ölkəmizə vurulan zərərin miqyasının həddindən artıq böyük olduğunu diqqətə çatdırıb.

Sədr zərərdən danışarkən bu barədə ətraflı məlumatların əks olunduğu, Azərbaycanın Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ərsəyə gələn “Karabakh.Center” internet-resursu barədə də məlumat verib.

İdarə Heyətinin sədri bildirib ki, Qarabağ Dirçəliş Fondunun fəaliyyətində ermənilərin bu ərazilərdə apardıqları qeyri-qanuni fəaliyyət və işğal nəticəsində Qarabağa dəyən zərər barədə məlumatların geniş ictimaiyyətə çatdırılması xüsusi önəm kəsb edir.

İanə mədəniyyətinin təşviqi, Fonda cəlb olunan ianələr barədə məlumat verən sədr Fondun fəaliyyətində şəffaflığın zəruri olduğunu xüsusi vurğulayıb.

Görüşdə Qarabağda hazırda görülən işlər barədə fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi