Zelenski onlayn prezident seçkilərinin keçirilməsini mümkün hesab edib

Digər ölkələr
  • 06 noyabr, 2026
  • 12:44
Zelenski onlayn prezident seçkilərinin keçirilməsini mümkün hesab edib

Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə prezident seçkilərinin onlayn formatda keçirilməsini mümkün hesab edib.

"Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, o bu barədə Almaniyanın ZDF telekanalına müsahibəsində bildirib.

V.Zelenski deyib ki, bu ideyanın həyata keçirilməsi üçün Ali Rada (parlament-red.) müvafiq qərarlar qəbul etməli olacaq:

"Bütün peşələr vacibdir. Seçkilərin keçirilməsinə icazə vermək, lakin əsgərlərə səsvermə imkanı verməmək – ədalətsizlikdir. Biz onlayn seçkilər barədə düşünə bilərik. Bu, bəlkə də, realdır, amma o zaman parlament həll yolu axtarmalı və tapmalıdır".

Ukrayna Prezidenti qeyd edib ki, milyonlarla hərbi qulluqçunun olduğu səngərlərdə səsverməni təşkil etmək üçün texniki imkanların olmaması səbəbindən hazırda cəbhədəki ukraynalı hərbçilər seçkilərin keçirilməsinə qarşı çıxırlar.

V.Zelenski oktyabr ayında bildirmişdi ki, əgər Rusiya 60 gün müddətinə tam atəşkəsə razılaşarsa, Ukrayna seçkiləri keçirməyə hazırdır.

44 filmi