Qarabağın erməniəsilli sakinləri dinc yanaşı yaşamaq üçün hakimiyyətin Azərbaycana məxsus olduğunu bilməlidirlər.
“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov
E.Əmirbəyov bildirib ki, bu yaxınlarda Qarabağda baş verənləri etnik təmizləmə kimi səciyyələndirmək düzgün deyil:
"Bu, çox ciddi ittihamdır. Azərbaycan sentyabrın 19-da başladığı antiterror tədbirləri ilə yalnız hərbi obyektləri hədəfə alıb. Biz separatçıların mövqelərinin harada olduğunu dəqiq bilirdik və dərhal mülki əhaliyə onların hədəf olmadığını bildirdik. Heç vaxt mülki infrastrukturu və ya mülki əhalini hədəf almamışıq. Bunu təkcə mən demirəm. Oktyabrın 1-də həmin əraziyə BMT missiyası baş çəkib. BMT rəsmiləri hələ də orada olan ermənilərlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə görüşüblər. Onlar Rusiya sülhməramlıları ilə də danışıblar. Bu, mülki şəxslərin hədəfə alınmadığının sübutudur".
Prezidentin nümayəndəsi qeyd edib ki, Azərbaycan hökumətinin erməniəsilli sakinləri öz hüquqlarından məhrum etmək istəyi yoxdur:
"Antiterror tədbirləri başa çatdıqdan bir gün sonra Azərbaycanın mərkəzi hakimiyyəti ilə erməni icmasının nümayəndələri arasında dialoq başladı. On gün ərzində üç görüş keçirdik. Onların sosial, iqtisadi, siyasi, humanitar və dini hüquqlarına dair baxışlarımızı təqdim etməyə çalışdıq. Bu, açıq şəkildə göstərir ki, Azərbaycan hökumətinin bu insanları hüquqlarından məhrum etmək istəyi yoxdur. Lakin azərbaycanlılarla dinc yanaşı yaşamaq üçün onlar hakimiyyətin Azərbaycana məxsus olduğunu bilməlidirlər. Onlar ölkəmizin suverenliyini tanımalıdırlar. Artıq bəziləri Azərbaycan vətəndaşı olmaq istəklərini bildiriblər. Düzdür, ölkəni və ya evini tərk edəndə bir həftədən sonra geri qayıtmağı seçmək asan deyil. Odur ki, erməniəsilli sakinlər geri qayıtmaq istədiklərini bildirdikdə, biz onlarla həqiqətən əlaqə qura bilərik".