Politoloq: “Ermənistan qəsdən Azərbaycanı təxribata çəkir”

Politoloq: “Ermənistan qəsdən Azərbaycanı təxribata çəkir” "Paşinyan ümid edir ki, Bakı da Ermənistana zərbə endirəcək və bununla Yerevan vəziyyətdən istifadə edib KTMT-yə müraciət edə biləcək"
Qarabağ
4 Oktyabr , 2020 17:46
Politoloq: “Ermənistan qəsdən Azərbaycanı təxribata çəkir”

“Ermənistan tərəfi artıq Gəncəni atəşə tutmaqla qəsdən Azərbaycanı təxribata çəkir və bununla da hərbi və döyüş əməliyyatları zonasını genişləndirir”.

“Report”un Rusiya bürosunun verdiyi məlumata görə, bunu “Valday” müzakirə klubunun üzvü Fərhad İbrahimov Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin Ermənistan tərəfdən atəşə tutulmasını şərh edərkən deyib.

“Paşinyan Azərbaycanı qəsdən təxribata çəkir. Ümid edir ki, Bakı da Ermənistana zərbə endirəcək və bununla Yerevan vəziyyətdən istifadə edib KTMT-yə müraciət edə biləcək. Ancaq bunu başa düşmək lazımdır ki, birincisi, Azərbaycan heç vaxt Paşinyanın təxribatlarına uymayacaq, ikincisi, heç bir halda KTMT-dən kimsə Ermənistanı dəstəkləməyəcək, çünki hamı bu vəziyyətdə kimin təcavüzkar və genişmiqyaslı hərbi əməliyyatların təxribatçısı olduğunu başa düşür”, - politoloq söyləyib.

Son xəbərlər

Orphus sistemi