Polad Bülbüloğlu: "Bakı İrəvanı sülh sazişinə çağırır"

Polad Bülbüloğlu: "Bakı İrəvanı sülh sazişinə çağırır" “Bakı Yerevanı sülh sazişi imzalayaraq sərhədlərin delimitasiyası məsələsinə konstruktiv yanaşmağa çağırır”.
Qarabağ
28 İyul , 2021 15:27
Polad Bülbüloğlu: Bakı İrəvanı sülh sazişinə çağırır
Polad Bülbüloğlu
0 : 00
0 : 00

“Bakı İrəvanı sülh sazişi imzalayaraq sərhədlərin delimitasiyası məsələsinə konstruktiv yanaşmağa çağırır”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu bu ölkənin “RİA Novosti” İnformasiya Agentliyinə müsahibəsində bildirib və Qarabağ müharibəsinin artıq başa çatdığını dilə gətirib.

“Biz bu müharibənin başa çatdığını, münaqişənin keçmişdə qaldığını dəfələrlə bildirmişik. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyaraq sülh sazişini imzalamalı, sərhədlərin delimitasiyası məsələsinə konstruktiv yanaşmalıdır” – deyən səfir Ermənistan tərəfinin başqa mövqedə olduğunu diqqətə çatdırıb: “Ermənistan dövlətlərarası münasibətlərin həllini yenə ləngitməyə çalışmaqla bütün regionun hərtərəfli inkişafı üçün şərait yaradılmasına mane olur”.

Bölgədə Rusiya sülhməramlılarının missiyasının uzadılması məsələsinə toxunan diplomat deyib ki, bu gün bu barədə danışmaq hələ tezdir.

“Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilən Rusiya Federasiyası sülhməramlı qüvvələri onlara həvalə olunmuş hərbi və humanitar vəzifələrini yerinə yetirməyə davam edir” – deyə səfir qeyd edib.

Xatırladaq ki, 2020-ci il 10 noyabr tarixli birgə bəyanata görə, Rusiya sülhməramlılarının fəaliyyət müddəti 5 il müəyyənləşdirilib.

“Biz dövlət başçılarımızın qarşıya qoyduqları vəzifələri yerinə yetirmək üçün əlimizdən gələni əsirgəməməliyik” – deyə, səfir P.Bülbüloğlu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi