Oğuzda şəhid dəfn olunub
Qarabağ
- 16 dekabr, 2020
- 15:34
Azərbaycan Ordusunun zəfər qazandığı Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan hərbçisi Zaməddin Bahadur oğlu Kərəmov dəfn olunub.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, Oğuz rayonunun Bucaq kənd sakini, 2000-ci il təvəllüdlü Z.Kərəmov Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olub.
Şəhidin üçrəngli bayrağa bükülmüş nəşi bu gün doğulduğu Bucaq kəndinə gətirilib və kənd qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində Oğuz Rayon İcra Hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon sakinləri iştirak ediblər.
Qeyd edək ki, Z.Kərəmov müddətdən artıq xidmət edən hərbi qulluqçu idi.
Allah rəhmət eləsin!
Son xəbərlər
04:40
İndoneziya sahillərində güclü zəlzələ baş verib
Digər ölkələr04:10
Giresunda mikroavtobusla yük maşını toqquşub, 23 nəfər xəsarət alıb
Region03:45
FT: Britaniya hava limanlarındakı problem hərbi təyyarəyə görə yaranıb
Digər ölkələr03:18
Türkiyədə 2027-2029-cu illər üzrə Dövlət İnvestisiya Proqramının hazırlıqlarına başlanılıb
Region02:48
İraq Səudiyyə Ərəbistanına PUA hücumunu pisləyib
Digər ölkələr02:10
Fransanın şimalında qatar relsdən çıxıb, 40-dan çox insan xəsarət alıb
Digər ölkələr01:41
Serbiyada seçki prosesinin təqvimi açıqlanıb
Digər ölkələr01:37
Səudiyyə Ərəbistanı XİN: Neft kəmərinə hücum edən dronlar İraqdan buraxılıb
Digər ölkələr01:10