Obama Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səyləri gücləndirməyə hazır olduğunu bildirib

Obama Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səyləri gücləndirməyə hazır olduğunu bildirib ABŞ prezidenti münaqişənin həlli üçün səyləri gücləndirməyi ifadə edib
Qarabağ
7 İyul , 2016 00:36
Obama Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səyləri gücləndirməyə hazır olduğunu bildirib

Bakı. 7 iyul. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama Rusiyanın dövlət başçısı Vladimir Putinlə telefon danışığında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səyləri gücləndirməyə hazır olduğunu bildirib. 

"Report" xəbər verir ki, bu barədə Ağ Evin iki liderin telefon danışıqlarının yekunlarına əsasən yaydığı bəyanatda deyilir. 

"Prezident Obama Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə Təşkilatın Minsk qrupunun həmsədrləri kimi Rusiya və Fransayla birlikdə Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə nizamlanması məqsədilə səyləri gücləndirməyi ifadə edib" - deyə Ağ Evin bəyanatda deyilir.

Qeyd edək ki, Rusiya hökumətinin təşəbbüsü ilə ABŞ prezidenti Barak Obama ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. 

Barak Obama Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində səylərini yüksək qiymətləndirdiyini bildirib.

Rusiya prezidenti Vladimir Putin isə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in (Rusiya, ABŞ, Fransa) Minsk qrupunun həmsədr ölkələrindən birinin başçısı kimi Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında iyunun 20-də Sankt-Peterburqda keçirilmiş üçtərəfli görüşün yekunları barədə Obamaya məlumat verib.

Tərəflər ATƏT-in Minsk qrupu çərçivəsində bu istiqamətdə birgə işi davam etdirmək barədə razılığa gəliblər

Son xəbərlər

Orphus sistemi