​Nalbandyan: "Ermənistan və Azərbaycanın yanaşmaları bir-birinə yaxın deyil və ya üst-üstə düşmür"

​Nalbandyan: "Ermənistan və Azərbaycanın yanaşmaları bir-birinə yaxın deyil və ya üst-üstə düşmür" "Danışıqlara alternativ yoxdur"
Qarabağ
19 Dekabr , 2015 22:22
​Nalbandyan: Ermənistan və Azərbaycanın yanaşmaları bir-birinə yaxın deyil və ya üst-üstə düşmür

Bakı. 19 dekabr. REPORT.AZ/ Ermənistan və Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi üzrə yanaşmaları bir-birinə yaxın deyil və ya üst-üstə düşmür.

"Report" xəbər verir ki, bu sözləri Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan yerli telekanallara Azərbaycan və Ermənistan prezidentlərinin bu gün İsveçrənin Bern şəhərində baş tutan görüşünün yekunlarını şərh edərkən bildirib.

"Ermənistan danışıqlar prosesinin davam etdirilməsi, problemlərin danışıqlar vasitəsi ilə nizamlanmasının tərəfdarı olub və qalmaqdadır. Danışıqlara alternativ yoxdur. Erməni tərəfi təkliflər əsasında (ATƏT-in Minsk qrupu həmsədrlərinin təklifləri - red.) danışıqları davam etdirmək və nizamlanmaya doğru irəliləməyə hazırdır", - deyə Nalbandyan bildirib.

XİN rəhbəri qeyd edib ki, Berndə keçirilən görüşdə tərəflər Dağlıq Qarabağ probleminin müxtəlif həll prinsipləri və elementlərinə öz yanaşmalarını ifadə ediblər. Onun sözlərinə görə, "təəssüflə qeyd etmək olar ki, tərəflərin yanaşmaları bir-birinə yaxın deyil və ya üst-üstə düşmür".

Son xəbərlər

Orphus sistemi