“Ötən ilin sentyabrın 27-də düşmənin növbəti təxribatının qarşısının almaq və işğal altında olan əraziləri azad etmək məqsədilə Azərbaycanın Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu genişmiqyaslı əks hücum əməliyyatına başladı. Döyüşə girən artilleriya bölmələrimizin düşmən üzərinə yeridiyi kütləvi atəş zərbəsi ilə onun dərinlikdə yerləşən bölmələrini canlı qüvvə və texnika baxımından böyük itkilərə uğradaraq şok təsiri yaratmışdı”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının komandanı, general-mayor Ağamir Sultanov jurnalistlərə açıqlamasında deyib.
“Düşmənin hava hücumundan müdafiə və radioelektron mübarizə vasitələrini sıradan çıxardaraq, havada üstünlüyümüzü təmin etdik. Döyüşün ilk günü kütləvi atəş zərbəsində artilleriya bölmələri tərəfindən düşmənin 500-ə qədər hədəfi məhv edilib. ”, - o vurğulayıb.